Velosiped sürməyin faydaları

Velosiped sürməyin faydaları

Velosiped sür, ömrün uzansın. Hollandiyanın Utrect Universitetinin mütəxəsissləri apardıqları araşdırma nəticəsində məhz belə qənaətə gəliblər. Aparılan araşdırma nəticəsində həftədə orta hesabla 75 dəqiqə velosiped sürməyin insan ömrünü 6 ay uzatdığı məlum olub. Eyni zamanda, artıq çəkidən xilas olmaq istəyənlərə də velosiped sürmək tövsiyə olunur. 1 saat velosiped sürən şəxs təxminən 300 kilokaloridən azad olur. Hər gün yarım saat velosiped sürmək bir ay ərzində 11 kiloqram piyi əritməyə imkan verir. Xatırladaq ki, bir müddət əvvəl həkimlər də həftədə velosipedlə 30 kilometr yol qət etməyin ürək-damar xəstəliklərinin yaranma riskini 50% azaltdığını vurğulayıb.

Dostlarınla paylaş


Şərhlər


Top