Sumqayıtın “trafik canavarları”: Damaqda siqaret, qulaqda telefon və "ralli yarışları"

Sumqayıtın “trafik canavarları”: Damaqda siqaret, qulaqda telefon və "ralli yarışları"

Sumqayıtın “trafik canavarları”: Damaqda siqaret, qulaqda telefon və "ralli yarışları"

Dünyaşöhrətli almaniyalı pilot Mixael Şumaxer xizək sürərkən qəzaya uğrayaraq komaya düşəndə dünyada xeyli insan çox təəssüfləndi. Onlar dünyaya bir daha Şumaxer kimi pilotun gəlməcəyinə görə kədərləndilər. Amma əbəs yerə. Əgər həmin insanlar Sumqayıtda ictimai nəqliyyatda sərnişin avtobuslarından istifadə etsəydilər, bu cür düşünməzdilər. Onlar öz gözləri ilə görərdilər ki, "Gənclik şəhəri”ndə almaniyalı pilotun "layiqli davamçı”ları var. Sumqayıtın avtobus sürücülərinin yollarda nümayiş etdirdikləri sürət yarışına Şumaxer belə qibtə edərdi. Sürücülərimizlə Şumaxer arasında daha bir oxşarlıq alman dəqiqliyinin olmasındadır. Cədvələ uyğun hərəkət edən sürücülər bir-birinin vaxtına girilməsindən heç xoşlanmırlar. Belə neqativ hal olarkən isə alman intizamını əsas gətirərək qabağa düşmək üçün başlayırlar yolda ötüşməyə.Bu "dəhşət avtobusları”nın sürücüləri avtomobili harada gəldi saxlayır, lazım gələrsə yolun ortasında dayanıb sərnişin götürür, ya da düşürürlər.

Dostlarınla paylaş


Şərhlər


Top