30.12.2015
Yazarlar
Mühərrik yağı necə təyin edilməlidir?
10-40 , 15- 40 və yaxud 5-30. Avtomobillərin mühhərikinə tökmək üçün müxtəlif növ yağlar olsa da, ustalar düzgün seçilməyən yağın mühərrikin ömrünü azaltdığını deyir. Bu rəqəmlər yağın hansı hava temperaturunda istifadə edilməli olduğu ilə yanaşı, yağın tərkibinin göstəricisidir.
Mütəxəssislər müasir avtomobillərə əsasən sintetik yağların istifadəsini tövsiyə edirlər. Nisbətən ili köhnə olan maşınlar isə daha qatı olan yağlardan istifadə etməlidir.
Zavod tərəfindən hansı yağın tövsiyə edildiyini bilmək istəyən sürücülər isə avtomobilin kitabçasına baxa bilər. Eyni zamanda, bir çox avtomobilin mühərrikinin yağ qapağında da bu cür məlumatlar qeyd olunur.