04.11.2015
Yazarlar
DYP və sürücü arasında növbəti qarşıdurma
Facebook sosial şəbəkəsində daha bir polis-vətəndaş qarşıdurmasının videosu yayılıb. Cars-az xəbər verir ki, videoda görünür ki, Dövlət Yol Polisi əməkdaşı vətəndaşı zorla avtomobilə mindirmək istəyir. Videonun bölgələrdən birində çəkildiyi bildirilir. Kadrlardan aydın olur ki, YPX əməkdaşı bir gənci fiziki güc tətbiq edərək maşına otuzdurmağa çalışır. Gənc isə müqavimət göstərir. Hadisənin detalları barədə əlavə məlumat yoxdur.
Qeyd edək ki, video “şəbəkə” verilişinin Facebook səhifəsində yayımlanıb.
Həmin görüntüləri təqdim edirik: