Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Bu sürücülər 12 il azadlıqdan məhrum edilə bilər

Bu sürücülər 12 il azadlıqdan məhrum edilə bilər

Bu sürücülər 12 il azadlıqdan məhrum edilə bilər

Bu sürücülər 12 il azadlıqdan məhrum edilə bilər

«Sərxoş vəziyyətdə avtomobillə şütüyərək iki adamı öldürən «sürücü» 12 il azadlıqdan məhrum edilə bilər». Cars-az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. Onun fikrincə, əksəriyyət bunu da az sayır: «Hüquq sistemimiz buna yol verməsə də, bəlkə də beləsinin birini 12 illik türməyə göndərməzdən əvvəl yırticı heyvanlar üçün bir qəfəsə yerləşdirməklə 7 gün şəhərin ən izdihamlı yerində asmaq lazımdır ki, indiki və gələcək nəsillərə tarixi dərs olsun. Konkret hadisəni nəzərdə tutmadan və təqsirsizlik prezumpsiyasına hörmət etməklə bidirirəm ki, belələrinə heç bir mərhəmət olmamalıdır».

Ərşad Hüseynov deyib ki, bu məzmunlu konkret hadisələrə diqqət edəndə aşkar şəkildə bir faktı görünür: «Hadisənin törədənin kimliyi, onun idarə etdiyi avtomobil, hətta onun nömrəsi və başqa məqamlar deyir ki, bu adam cərimədən-filandan çəkinmir. Özü də ona görə yox ki, cərimə azdır. Ona görə ki, o, məsuliyyətdən kənarda qala bilir, «toxunulmazdır». Əgər belə olmasa, əminəm ki, sərxoşluğun cəriməsi 100 manat da olsa, əlini sükana vurmaz».

Yeri gəlmişkən, hüquqşünas deyib ki, inzibati cərimələrin artırılmasını və ümumən sanksiyaların sərtləşməsinin qəti əleyhinədir: «Amma sərxoş idarə etmə yeganə xətalardandır ki, ona görə bütün cərimələrin ləğvinin və birinci dəfədən istisnasız 3 aylıq həbsin tərəfdarıyam».

Emin

Dostlarınla paylaş


Şərhlər


Top