04.11.2015
Yazarlar
Başqan müavinin maşınından oğurluq edildi
Müsavat başqanın müavini Elman Fəttahın avtomobilinə oğru girib. Cars-az teleqraf.com-a istinədən xəbər verir ki, bu barədə E.Fəttahın özü sosial şəbəkədə yazıb. O, qeyd edib ki, maşınından bir neçə qutu siqaret, ətir və 150 avro pulu oğurlanıb. Başqan müavini oğurluq hadisəsi ilə bağlı “102” qaynar xəttinə məlumat verib.