Bakı-Sumqayıt qatarının sürəti özünü doğrultmadı

Bakı-Sumqayıt qatarının sürəti özünü doğrultmadı

Bakı-Sumqayıt qatarının sürəti özünü doğrultmadı

Bir müddət öncə istifadəyə verilmiş Bakı-Sumqayıt qatarının, Bakıdan Sumqayıta qədər olan məsafəni 40 dəqiqəyə qət edəcəyi deyilsə də, bu, baş vermədi. Qatardan istifadə edən sərnişinlər Bakıdan Sumqayıta olan məsafəni ən azı 1 saat və 1 saat 20 dəqiqəyə gedirlər. Sərnişinlər həmçinin bildirirlər ki, Bakı-Sumqayıt qatarı yolun əksər yerlərində 20-40 km/saat sürətlə, nadir hallarda isə 80-100 km/sürətlə gedir. Nəticədə isə Bakıdan və əks istiqamətdə lazım olan məntəqəyə vaxtında çatmaq olmur. İşçi heyət isə qatarın daha aşağı sürətlə hərəkət etməsini qatar xətlərinin köhnə olması ilə izah edirlər. Onların sözlərinə görə, hazırda yollarda təmir işləri aparılır. Həmin işlər bitəndən sonra, qatar 40 dəqiqəyə paytaxdan Sumqayıta hərəkət edəcək.

Dostlarınla paylaş


Şərhlər


Top