Bu nişanlar nəyi bildirir? - YENİ SUAL

Bu nişanlar nəyi bildirir? - YENİ SUAL

Cars-az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nişanlar nəyi ifadə edir?

A) Bu yolayrıcında düzünə davam edən yolun sol tərəfində nəqliyyat vasitələrinin dayanması qadağandır, sola davam edən yolda isə nəqliyyat vasitələrinin hərəkəti birtərəflidir;

B) Bu yolayrıcından qabaqda qoyulmuş və nəqliyyat vasitələrinin dayanmasını qadağan edən nişanın qüvvəsi yolayrıcından sonra yalnız sola dönən yolda davam edir;

C) Bu yolayrıcında sola dönən yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanması qadağandır.

QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.

Öyrənək, öyrədək!

Cars-az

Dostlarınla paylaş


Şərhlər


Top