18.12.2015
Yarışma
Bakı Formula-1-nin qiymətləri bəlli oldu - SİYAHI
Bakıda keçiriləcək Formula-1 Avropa Qran-prisinin mərhələ yarışının biletlərinin qiymətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, gələn il iyunun 17-19-da olacaq yürüşü canlı izləmək üçün Azərbaycan vətəndaşlarına güzəştlər nəzərdə tutulub. Belə ki, xarici ölkə vətəndaşı Formula-1-ə ən yaxşı tribunadan baxmaq üçün 620 manat ödəyəcəyi halda, həmyerlilərimiz 495 manatından keçməli olacaq. Digər sektorlara isə qiymətlər yerlərindən asılı olaraq dəyişir. Yarış üçün ən ucuz biletlər isə 19 manatdı. Həmçinin, 95 manatlıq biletlərdə də güzəşt nəzərdə tutulmayıb.