04.11.2015
Video
Təyyarə şirniyyat evinə düşdü - 4 ölü - Video
Kolumbiyada təyyarə şirniyyat evinə düşüb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Beechcraft 60 G” tipli təyyarə paytaxt Bogotadakı Engativa məhəlləsində qəza törədib. Qəza zamanı 3 sərnişin və bir pilot dünyasını dəyişib, 7 nəfər yaralanıb. Qeyd edək ki, Bogotada son üç ayda iki təyyarə qəzası baş verib, 6 nəfər ölüb.