08.12.2015
Video
Həyəcanlı xilasetmə - 1 nəfər dənizdən salamat çıxdı!
Ötən cümə günü Çinin Şanxay əyalətinin yaxınlığında göyərtəsində 9 balıqçının olduğu qayıq aşıb. Cars-az xəbər verir ki, xilasedicilər dərhal dənizdə axtarışa başlasa da, pis hava şəraiti ilə əlaqədar prosesi təxirə salmalı olublar. Şənbə günü axtarışlar davam etdirilib və möcüzə sayəsində balıqçılardan biri sağ tapılıb. O, aşmış qayıqdan yapışaraq ölümlə mübarizədən qalib ayrılıb. Digər 8 balıqçı isə hələ də itkindir.
Nurlan