10.03.2016
Qəzalar
Yük maşını gənc oğlanın üstündən keçdi - Bakıda
Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Сars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Z.Bünyadov prospektində qeydə alınıb.
Bərdə rayon sakini Rauf Hüseynov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurub. Həmin şəxs hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.