24.12.2015
Qəzalar
Yaşlı qadın yol qəzasında öldü
Bu gün Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şabran rayon sakini Aqil Cəfərov idarə etdiyi "VAZ 21074" markalı, 17 BD 114 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən yaşlı qadını vurub. Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib. Qadının şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırma aparılır.