04.11.2015
Qəzalar
Xaçmazda maşın ağaca çırpılıb, sürücü öldü
Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az apa-ya istinadən verdiyi məlumata görə, qəza Mollaburhan kəndində qeydə alınıb. Xaçmaz rayonu, Qımılqışlaq kənd sakini, 1987-ci il təvəllüdlü Vüsal Səfərovun idarə etdiyi 27 BA 251 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobil yol kənarındakı ağaclara çırpılıb. Hadisə nəticəsində sürücü ölüb.
Faktla bağlı araşdırma aparılır.