Şəkidə sərnişin dolu avtobus yandı

Şəkidə sərnişin dolu avtobus yandı

Şəkidə avtobus yanıb. Anspress-in verdiyi məlumata görə, yanğın Şəkinin Məmmədəmin Rəsulzadə prospektində İlham Kamal oğlu İsmayılovun idarə etdiyi “PAZ” markalı sərnişin avtobusunda baş verib. Belə ki, hadisə zamanı sürücü adıçəkilən prospektlə Kiş kəndi istiqamətində hərəkətdə olarkən qəfildən avtomobilin mühərrikində alovlanma olub. Bu zaman sürücü çevik davranaraq avtobusu saxlayıb. O, avtobusdakı bütün sərnişinlər dərhal endirib. İlkin olaraq yanğının qarşısını sürücü yol kənarındakı arxın suyu ilə alıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun genişlənməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top