04.11.2015
Qəzalar
Şamaxıda yük maşını yandı
Şamaxıda yanğın hadisəsi qeydə alınıb. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şamaxı rayonu, Bakı-Qazax yolunun 105-ci kilometrliyində vətəndaşa məxsus “Ford” markalı yük avtomobilinin ban hissəsi qismən, banına yığılmış mebel qapılar, mebel və hamam aksesuarları yanıb. Avtomobilin qalan hissələri və banına yığılmış avadanlıqların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fidan