05.01.2016
Qəzalar
Sərnişin avtobusu yandı: 14 ölü, 30 yaralı
Çində sərnişin avtobusunda baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Avtofer.az "report"-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb. Faciə ölkənin Ninsya-Xueysk muxtar rayonunun inzibati mərkəzi sayılan İnçuan şəhərində qeydə alınıb. Zərərçəkənlərin hamısı xəstəxanalara çatdırılıb. Hadisənin təfərrüatları araşdırılır.