Sabirabada baş verən qəzada piyada öldü

Sabirabada baş verən qəzada piyada öldü

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə rayonun Xəlfəli kəndində qeydə alınıb.

Rayon sakini Rəvan Balakişiyev idarə etdiyi “QAZ-31021” markalı avtomobillə yolu keçən həmyerlisi Mustafa Heydərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top