"Qazel"də mərmi partladı: ağır yaralı var

"Qazel"də mərmi partladı: ağır yaralı var

"Qazel"də mərmi partladı: ağır yaralı var

Goranboyda mərminin partlaması nəticəsində bir nəfər xəsarət alıb. APA-nın verdiyi məlumata görə, rayonun Xınalı kənd sakini 1970-ci il təvəllüdlü Rauf Hüseynov metal tullantılarını yığan zaman partlamamış döyüş sursatı – mərmi aşkarlayıb. Rauf Hüseynov mərmini “Qazel” markalı avtomobilində zərərsizləşdirərkən partlayış baş verib və o müxtəlif qəlpə yaraları alıb. Gəncə Şəhər Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən R. Hüseynovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top