04.11.2015
Qəzalar
Qəzaya uğrayan təyyarədən tullanıb sağ qaldılar
Yeni Zelandiyada sərnişin təyyarəsi qəzaya uğrayıb. Cars-az xarici mətbuata istinadən xəbər verir ki, sərnişinlər və ekipaj üzvləri özlərini xilas edə biliblər. “Skydive Tauro” hava şirkətinə məxsus təyyarədə qəza vəziyyəti Taupo gölü rayonunda, Yeni Zelandiyanın Şimal adasında yaranıb. Təyyarənin göyərtəsində 13 nəfər – 6 sərnişin, 6 ekipaj üzvü və bir nəfər komandir olub. Təyyarə yüksəkliyi itirən an hamı paraşütlə təmin olunaraq tullanıblar. Bundan sonra təyyarə gölə düşüb. Sonradan tibbi yoxlamadan keçirilən sərnişinlərdə və ekipaj üzvlərinin səhhətində heç bir problem aşkarlanmayıb.