04.11.2015
Qəzalar
“Qazel” sürən qadın tutuldu
Bakıda “Qazel”" sürən qadın ağır qəza törədib. Cars-az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Abşeron rayonu ərazisində Maqsud Şəbiyevin ölümü, Nəsimi Əlövsətlinin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “QAZ-2752-104” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Aynur Abdullayeva tutulub.
Hadisə ilə bağlı araşdırma aparılır.