Prospektdə iki maşın toqquşdu

Prospektdə iki maşın toqquşdu

Gəncədə iki avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib. Cars-az-ın Kəpəz TV-yə istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsində qeydə alınıb. Bəxtiyar Məmmədovun idarə etdiyi “Lada Priora” və Zeynal Kamalzadənin idarə etdiyi “VAZ 21015” markalı nəqliyyat vasitələri toqquşub. Xoşbəxtlikdən hər iki sürücü qəzadan xəsarətsiz ötüşüb. Avtomobillər isə demək olar ki, tam yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top