04.11.2015
Qəzalar
«Priora» piyadanı vurdu
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub. Cars-az-ıq APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində 10 saylı orta məktəbin qarşısında qeydə alınıb. Bərdə rayon sakini, 1976-cı il təvəllüdlü Elnur İbişov yolu keçmək istəyərkən “Lada Priora” markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.