Piyada dəhşətli qəzaya səbəb oldu; 2 ölü, 2 yaralı +FOTO

Piyada dəhşətli qəzaya səbəb oldu; 2 ölü, 2 yaralı +FOTO

Piyada dəhşətli qəzaya səbəb oldu; 2 ölü, 2 yaralı +FOTO

Sumqayıtda ağır yol qəzası baş verib. Hadisə şahidlərinin ölkə.az-a verdikləri məlumata görə, "Hyundai" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurmamaq üçün yolun əks istiqamətinə çıxıb. Nəticədə isə əks zolaqla hərəkət edən "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb. 2 nəfər isə ciddi şəkildə yaralanıb. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə şahidləri piyadanın piyada keçidindən keçmədiyi üçün qəzanın əsas səbəbkarı kimi onun olduğunu iddia edir.

Dostlarınla paylaş


Şərhlər


Top