04.11.2015
Qəzalar
Maşın kanalı düşdü, sürücü öldü
Yevlaxda ağır yol qəzası baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yuxarı Şirvan kanalının Yevlax rayonu ərazisindən keçən hissəsinə “QAZ” markalı minik avtomobili düşüb. Nəticədə 1981-ci il təvəllüdlü Məmmədov Rəşad Faiq oğlu avtomobildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər R.Məmmədovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:25-də başa çatıb.
Fərid