Kolumbiyada aviaqəza: 16 polis həlak oldu

Kolumbiyada aviaqəza: 16 polis həlak oldu

Kolumbiyanın şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində 16 polis həlak olub.

Cars-az xarici mətbuata istinadən xəbər verir ki, insident Antokiya departamenti rayonunda baş verib. Helikopterin göyərtəsində 18 nəfər olub. Uçuş xüsusi əməliyyat çərçivəsində həyata keçirilib. Qəza nəticəsində 16 ekipaj üzvü həlak olub, daha iki nəfər ciddi yaralanıb. Sağ qalmış polislərdən biri kritik vəziyyətdədir.

İlkin məlumatlara əsasən, qəza helikopterdə mexaniki nasazlıq səbəbindən baş verib.

Dostlarınla paylaş


Şərhlər


Top