04.11.2015
Qəzalar
Kəpəzdə minik avtomobili yanıb
Bu gün Gəncənin Kəpəz rayonunda yanğın hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fidan