Gəncədə piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Gəncədə piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Gəncədə piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Gəncə şəhərində yolu keçmək istəyən piyadanı maşın vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə avqustun 23-də axşam saatlarında şəhərin Yeni Gəncə qəsəbəsi yaxınlığında, Məhsəti qəsəbəsində gedən yolda qeydə alınıb. Naməlum avtomobil yolu keçmək istəyən şəhər sakini, 1992-ci il təvəllüdlü Təbriz İsmayılovu vurub. Yaralı qapalı kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin əzilməsi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top