22.01.2016
Qəzalar
Çində avtobus qəzası – 7 ölü, 18 yaralı
Çində sərnişin avtobusu qəzaya uğrayıb. Сars-az aznews-a istinadən xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb. Hadisə nəticəsində 6 nəfər qəza yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.
Bundan əlavə ümumilikdə 18 nəfər xəsarət alıb. Qəzanın baş verdiyi yolda avtomobillərin hərəkəti bərpa edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.