21.11.2015
Qəzalar
Beyləqanda avtomobil kanala düşüb: 1ölü
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib. Cars-az-ın APA-ya istinadən məlumatına görə, Füzulu rayon sakini, 1978-ci il təvəllüdlü İbişov Dünyagir Məcnun oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Beyləqan-Daşburun yolunda su kanalına düşüb. Nəticədə D.İbişov boğularaq ölüb. Avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Bayramov Mərhəmət Səmərqənd oğlu və 1992-ci il təvəllüdlü Vəliyeva Sərcan Tofiq qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.