04.11.2015
Qəzalar
Bakıda daha bir dəhşətli qəza: ölənlər var
Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Korgöz qəsəbəsində "Mercedes" markalı minik avtomobili "Mercedes" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1962-ci il təvəllüdlü Əliyev Şıxzadə Zabil oğlu və sərnişini Əliyeva Yeganə Mehdi qızı aldıqları ağır xəsarətlərdən həlak olublar. Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.