04.11.2015
Qəzalar
Bakıda 3 maşın toqquşdu; yol verə bilmədi
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cars-az musavat.com-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai raynunda qeydə alınıb. Məhəmməd Hadi küçəsində baş verən qəza zamanı “Hyundai Elantra” markalı, 90MG310 dövlət nömrə nişanlı avtomaşın dönmə əməliyyatı yerinə yetirərkən «Toyota Prado» markalı, 10 UR 938 dövlət nömrə nişanlı avtomobil ona yol vermək istəyib. Bu zaman arxadan gələn “Hyundai ix35” markalı, 90 HV 709 nömrə nişanlı avtomobil ona çırpılıb. “Toyota Prado” isə zərbənin gücündən “Hyundai Elantra” dəyib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.