15 yaşlı uşaq maşın qaçırıb adam öldürdü

15 yaşlı uşaq maşın qaçırıb adam öldürdü

15 yaşlı uşaq maşın qaçırıb adam öldürdü

Bakı şəhər Baş Polis İdarəsi Sabunçu rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Cars-az-ın idarənin mətbuat xidmətinə istinadən məlumatına görə, aprelin 16-da saat 18 radələrində, Maştağa qəsəbəsi B.Bağırov küçəsində qəsəbə sakinləri - 2000-ci il təvəllüdlü Kamran Həmzə oğlu Bəyəliyev qohumu Cəfər Bəyəliyevə məxsus “Mercedes” markalı avtomobili qaçıraraq 2001-ci il təvəllüdlü Aftandil Vahidovu və Tələt Seyidovu vurub və idarəetməni itirərək maneəyə dəyib. Nəticədə K.Bəyəliyev, sərnişini Kənan Hüseynov, A.Vahidov və T.Seyidov 3 saylı ŞKX-na daxil olublar. T.Seyidov ölüb, digərlərinin vəziyyətləri ağırdır. Fakt Sabunçu RPİ 14-cü PB tərəfindən araşdırılır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top