07.12.2015
Qaydalar
Yollardakı arakəsmə qətliamına bu cür son qoymaq olar
Yəqin ki, sentyabrda Sumqayıt yolunda baş verən avtobus qəzası hər kəsin xatirindədir və uzun müddət yaddaşlardan silinməyəcək. Dəmir arakəsmə avtobusun içinə girərək, həm sərnişinləri doğramışdı, həm də avtobusu yararsız hala salmışdı. Belə faciələr dünyanın hər yerində baş verir.
Elm adamları bu cür qəzalar zamanı xəsarətin minimuma düşməsi üçün maraqlı bir icad ediblər. Onlar təklif edirlər ki, yollardakı dəmir arakəsmələr və baryerlər «odda yanmaz, suda batmaz» rezinlərlə əvəz olunsun. Bununla əlaqədar təqdim olunan kadrlarda da görünür ki, bu rezin baryerlər, çox elastik olmaqla bərabər, həm də ağırlığa, kəsilməyə qarşı davamlıdır.
faktxeber.com