15.03.2016
Qaydalar
Yol qəzasında qadın qohumu ölənə 50 min veriləcək
İranın qanunverici orqanı qadın və kişi bərabərliyinə yönələn yeni addım atıb. Сars-az-ın məlumatına görə, modern.az İran mediasına istinadən xəbər verir ki, bundan sonra yol qəzalarında qadın qohumlarını itirən ailə başçıları da kişi qohumlarını itirən ailələr kimi 50 min dollar (1,5 milyard rial) kompensasiya alacaq. Bununla bağlı İran Konstitusiyasının Mühafizəsi Şurası qərar qəbul edib. Qanun 15 gün ərzində qəbul olunmalıdır. Bundan əvvəl, yol qəzalarında həlak olan qadınların ailə üzvləri yalnız 25 min dollar kompensasiya alırdı.