Yol qəzasında əlil olan şəxsə kompensasiya verilib

Yol qəzasında əlil olan şəxsə kompensasiya verilib

Yol qəzasında əlil olan şəxsə kompensasiya verilib

İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib. İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, büro tərəfindən 2014-cü il iyulun 31-də saat 20:00 radələrində Saatlı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində vətəndaşın 1-ci qrup əlilliyə səbəb olmuş ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar 4000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Kompensasiya ödənişi poçt vasitəsi ilə cari ilin noyabrın 4-də köçürülüb.

Dostlarınla paylaş


Şərhlər


Top