19.11.2015
Qaydalar
Piyadalara vacib tövsiyyə - Qara geyim qəza riskini artırır
Piyada qara rəngdə paltar geyinibsə, bu risk bir neçə dəfə artır. Ekspertlər isə yolun kənarı ilə gedərkən qəzadan uzaq olmaq üçün piyadaların bir neçə məqama diqqət yetirmələrinin vacibliyini vurğulayırlar.
Qaranlıq yolda əynində qara paltar olan piyada avtomobil yolu ilə hərəkət edir. Özü bunun fərqində olmasa da, sürücülərin belə piyadaları görmək imkanı məhduddur.. Yağışlı havalarda isə belə qəzaların başvermə ehtimalı qat-qat yüksək olur. Yağış səbəbindən avtomobilin işıq şüaları sındığından görünmə məsafəsi daha da azalır və sürücülər maneələri daha çətin görür. Üstəlik, piyada da məsuliyyətsiz olarsa, qəza da qaçılmaz olur. Belə riskli hallardan uzaq olmaq üçün isə dövlət yol polisinin məsləhətləri var.