Nəqliyyatda nağd ödəniş ləğv olunur, sürücülər qəpik götürməyəcək

Nəqliyyatda nağd ödəniş ləğv olunur, sürücülər qəpik götürməyəcək

Nəqliyyatda nağd ödəniş ləğv olunur, sürücülər qəpik götürməyəcək

Yeni ildən Bakıda Nəqliyyat Nazirliyinin balansında fəaliyyət göstərən avtobuslar kartla ödəniş sisteminə keçə bilər. Bu sözləri Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. Onun sözlərinə görə, sərnişindaşımanın kart sisteminə keçirilməsi ilə bağlı təkmilləşdirmə işləri aparılır. O qeyd etdi ki, avtobusların sayı çox olduğu üçün proses bir az ləng gedir: "Bakıda 2 min 300-ə yaxın avtobus fəaliyyət göstərir. Nəqliyyat Nazirliyinin balansında isə 2 minə yaxın avtobus var. “Baku Bus” avtobusları hazırda “Bakı Kart” sistemi ilə işləyirlər. Hələ ki onların avtobusları azdır. Şəhər sərnişindaşımasında digər avtobuslar da kart sisteminə keçiriləcək. Nəqliyyat Nazirliyinin balansında olan avtobusların kart aparatlarına proqram təminatı yazılmalıdır”.

Namiq Həsənovun sözlərinə görə, hazırda avtobuslarda quraşdırılan kart aparatlarının yeniləri ilə əvəzlənməsi nəzərdə tutulmur.

Dostlarınla paylaş


Şərhlər


Top