Bakıda nəqliyyat işçiləri gücləndirilmiş iş rejiminə keçdilər – FOTO

Bakıda nəqliyyat işçiləri gücləndirilmiş iş rejiminə keçdilər – FOTO

Bakıda nəqliyyat işçiləri gücləndirilmiş iş rejiminə keçdilər – FOTO

Azərbaycan Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib.

Cars-az xəbər verir ki, bu barədə Qurumdan oxu.az-a verilən məlumata əsasən, bu gün MMC-də şəxsi heyətə sıra baxışı keçirilib.

Baxışda “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin rəhbərliyi və 351 əməkdaşı iştirak edib.

Bundan başqa, nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün yeni alınmış 56 ədəd “Reno” markalı mobil nəqliyyat vasitəsi və 1 ədəd evakuatora da baxış keçirilib.

“Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC fəaliyyətinin operativliyini təşkil etmək üçün iyunun 1-dən 24 saatlıq iş qrafikinə keçib.

Dostlarınla paylaş


Şərhlər


Top