Yarış bitənə qədər bu yollar tam bağlanacaq

Yarış bitənə qədər bu yollar tam bağlanacaq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərov Bakıda bəzi küçələrə qoyulan beton sədlərlə bağlı açıqlama verib. İdarə rəisi bildirib ki, Avropa Oyunlarında velosiped turu da olacaq. Həmin velosiped yarışının bir hissəsi şəhərdə keçiriləcək: «Bakıda bəzi küçələrdə qurulan beton sədlər bu veloturla bağlıdır. Çünki velotur zamanı yolda nə avtomobil, nə də piyada hərəkət etməlidir. Sədlər təhlükəsizliyi təmin etmək məqsədilə qoyulub.

Qeyd edim ki, həmin yarış vaxtı da şəhərin mərkəzi küçələri – Neftçilər, Cavid, İnşaatçılar prospektləri, Mehdi Hüseyn, Əziz Əliyev, İstiqlaliyyət, Səməd Vurğun, Bakıxanov küçələri yarış bitənə qədər tam bağlanacaq. Bu yarışlar iyunun 19-dan 21-dək keçiriləcək».

Elməddin

Dostlarınla paylaş


Şərhlər


Top