Xanım sürücü çörəkdaşıyan maşını vurub əzdi

Xanım sürücü çörəkdaşıyan maşını vurub əzdi

Bu gün səhər saatlarında Bakının Nizami rayonu, 8-ci km. qəsəbəsi ərazisində 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şahidlərinin Cars-az-a verdiyi məlumata görə, xanım sürücü idarə etdiyi «Ford-Focus» markalı avtomobillə yolayrıcını keçmə qaydalarını pozaraq çörək daşımaqla məşğul olan başqa bir «Ford»u arxadan vurub. Daha sonra isə «KİA» markalı avtomobil toqquşan «Ford»lara çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerində olanlardan biri qəzanın videosunu Cars-az-a göndərib. Həmin videonu təqdim edirik.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top