22.11.2015
Oxucu məktubları
Taksilər dayanacağı zəbt edib: tıxacın ardı kəsilmir - ŞİKAYƏT
"Azadlıq prospeki" metrostansiyası yaxınlığında dayanan taksilərin ucbatından hər gün tıxac problemi yaşanır. Cars-az xəbər verir ki, kent.az-a daxil olan şikayətdə deyilir ki, 8 mkr, Axundov küçəsində yerləşən və sərnişin avtobusları üçün nəzərdə tutulmuş dayanacaqlar taksi sürücüləri tərəfindən zəbt edilib. Şikayətdə o da qeyd edilir ki, taksilərin çoxluğu yolda daima tıxaca, taksi sürücülərinin mübahisə və qışqırıqları ətrafda səs-küyə səbəb olur. Fotolardan da göründüyü kimi, dayanacaqlarda taksilər saxlandığından avtobuslar yolun tən ortasında dayanıb sərnişinləri düşürür və mindirirlər.
Bu haldan narazı olan vətəndaşlar aidiyyatı qurumlardan məsələnin həll edilməsini xahiş edir.