10.03.2016
Oxucu məktubları
Taksi sürücüsünün…
Bakıda taksi sürücüsü avtomobilini düzgün park etmədiyinə görə sakinlərin hiddətinə səbəb olub. Сars-az milli.az-a istinadən xəbər verir ki, Nərimanov rayonunda xoşagəlməz hadisə yaşanıb. Əhmədzadə 11 ünvanında baş vermiş hadisənin səbəbkarı 99-GH-783 dövlət nömərli "Nissan" avtomobilinin sürücüsü olub.
Belə ki, adıçəkilən ünvanda binanın giriş-çıxışının qarşısında avtomobilini park edən sürücü orada yaşayan sakinlərin evlərinə girişini çətinləşdirib. Sakinlər taksi kimi fəaliyyət göstərən sürücü barədə aidiyyəti qurumlara şikayət olunacağını bildiriblər.
Hadisə yerində lentə alınan görüntüləri təqdim edirik.