04.11.2015
Oxucu məktubları
Sürücü əsəbləşib qayınanasını maşınla vurdu - BAKIDA
Bakıda 30 yaşlı gənc qayınanasını maşınla vurdu. Cars-az-ın “qafqazinfo”ya istinadən erdiyi xəbərə görə, hadisə Suraxanı rayonu Zığ qəsəbəsində baş verib. İ.Süleymanov küçəsində yaşayan 1985-ci il təvəllüdlü Cavid Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə xuliqanlıq zəminində keçmiş qayınanası, 1968-ci il təvəllüdlü Solmaz Hacıyevanı vurub.