Sükan arxasında çay içən, sənədsiz maşın sürən avtobus sürücülər

Sükan arxasında çay içən, sənədsiz maşın sürən avtobus sürücülər

Sükan arxasında çay içən, sənədsiz maşın sürən avtobus sürücülər

Sükan arxasında çay içən, vahid geyim qaydasına əməl etməyən, sənədsiz maşın sürən və nəqliyyat vasitəsini çirkli saxlayan sürücülər. Cars-az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, bu hallara Gəncədə avtobus sürücülərinə qarşı keçirilən reyddə rast gəlinib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə şöbəsi və 1 saylı Regional Nəqliyyat MMC-nin birgə həyata keçirdiyi reyd müxtəlif qayda pozuntularına qarşı mübarizə aparmaq məqsədi daşıyıb.

Nəqliyyat müfəttişləri bir çox qayda pozuntusu ilə bağlı sürücülərə xəbərdarlıq edib. 10 sürücüyə cərimə protokolu tərtib olunub, 5 avtobus isə xətdən çıxarılıb. Bəzi sürücülər iradlarla razılaşmasa da, qayda pozanlara qarşı müvafiq tədbirlər görülüb. Reydlər davam etdiriləcək.

Dostlarınla paylaş


Şərhlər


Top