08.12.2015
Oxucu məktubları
Sizin belə zarafatcıl svetoforunuz var?
Oxucularımızdan Vasif Əliyev Cars-az-a maraqlı video göndərib. Oxucu bildirir ki, bu video Qaraçuxur qəsəbəsində çəkilib. «Dörd yol» adlanan ərazidə svetofor sürücülərlə zarafatlaşır. Belə ki, svetoforun bütün işıqları eyni vaxtda yanıb-sönür. Sürücülər artıq bu vəziyyətə alışdığı üçün bir-birini gözləyərək yola davam edirlər. Amma hər an qəza təhlükəsi də var.
Emin