30.03.2016
Oxucu məktubları
Dairəvi hərəkətdən xəbərsiz xam sürücü
Dairəvi hərəkət zamanı kobud qayda pozuntusuna yol verən «Fiat» markalı, 90 GG 578 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ya xamdır, ya da ona elə gəlir ki, elə bu cür də olmalıdır. Videonu Сars-az-a göndərən digər sürücü bildirib ki, «Fiat»ın sürücüsü martın 26-də, saat 13.06 radələrində «Ay işığı» restoranının qarşısındakı dairədə hərəkət edərkən ona yol verməyib və qəza şəraiti yaradıb. Videodan da göründüyü kimi, digər sürücülər dayanıb dairədə olan avtomobillərə yol versələr də, «Fiat»ın sürücüsü özünü hamıdan ağıllı göstərəməyə çalışıb və yol vermədən dairəyə daxil olub.
Onun bu saymazyana hərəkətinə cərimə ilə cavab vermək lazımdır ki, bir daha «kruqa düşəndə» nəyi necə etmək lazım olduğunu unutmasın…
Fərid