04.11.2015
Oxucu məktubları
Bu nişan nəyi bildirir?
Vüqar Abbasov adlı oxucu Cars-az-a maraqlı bir sual və foto göndərib. Vüqar xahiş edir ki, bu nişanın altındakı yazını izah edək. Biz də izah üçün bildiririk ki, əslində xırda bir qüsur olsa da, bu, normal nişandır. Həmin nişanlardan yuxarıdakı 3.27 nişanıdır - dayanma və durmanı qadağan edir. Aşağıdakı isə 7.5.7 lövhəciyidir. Həmin nişanlar birlikdə deyir ki, həftənin yalnız şənbə və bazar günləri saat 8.00-18.00 aralığında orada daynmaq və durmaq qadağandır. Qalan vaxtlar dayanmaq da olar, durmaq da…
Cars-az