Bu gün Bakıda hər hansı yol məhdudlaşdırılması nəzərdə tutulmur

Bu gün Bakıda hər hansı yol məhdudlaşdırılması nəzərdə tutulmur

Bu gün Bakıda hər hansı yol məhdudlaşdırılması nəzərdə tutulmur

Bu gün Bakıda Məşəl tədbirləri ilə bağlı 5-10 dəqiqəlik fasilələr istisna olmaq şərtilə, hər hansı yol məhdudlaşdırılması nəzərdə tutulmayıb.

Cars-az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə “Bakı 2015” I Avropa Oyunlarının Əmliyyat Komitəsindən (BEGOC) bildiriblər.

Qeyd edək ki, Bakıda Məşəl festivalı - iyunun 7, 8, 9 və 10-da keçirilir. İyunun 8-də tədbirlə bağlı yolların bağlanması nəzərdə tutulmayıb. İyunun 9 və 10-u isə qısa müddətlər üçün fasilələrlə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulur. Həmin yollarla bağlı əlavə məlumat veriləcək.

Bakı-2015 Avropa Oyunlarının məşəlinin Bakıya səyahəti ilə bağlı ətraflı məlumatı

- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);

- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;

- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanalları;

- Dayanacaqlardakı və yollardakı məlumat-informasiya tablolarında əldə etmək olar.

Dostlarınla paylaş


Şərhlər


Top