Belə yol nişanı mövcud deyil; amma bizdə var

Belə yol nişanı mövcud deyil; amma bizdə var

Şamaxıda yol hərəkətini tənzimləyən bəzi nişanları sürücüləri çaş-baş salır. Bəziləri hətta anlaşılmazdır. Mütəxəssislər deyir ki, işarə tamamilə səhvdir, ümümiyyətlə belə yol nişanı mövcud deyil. Cars-az xəbər verir ki, rayonda "Diqqət! Uşaq var" nişanı düz olsa da, yeri səhv qoyulub. Lövhə şəhərdaxili yollarda xəbərdarlıq nöqtəsinə 50 metr qalmış yerləşdirilməlidir. Şəhərdaxili yollarda avtomobillərin intensiv hərəkət ediyi yerlərədə bəzi nişanların olmaması dumanlı havada çətinlik yaradır.

Şamaxı Rayon Polis Şöbəsi, Yol İstismar İdarəsi, habelə İcra Hakimiyyəti məsələnin onların səlahiyyətində olmadığını bildirdiklərinə görə bununla bağlı rəsmi münasibət əldə etmək mümkün olmayıb.

Dostlarınla paylaş


Şərhlər


Top